Azərbaycanın və Ukraynanın Baş prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir
Digər xəbərlər

Azərbaycanın və Ukraynanın Baş prokurorluqları arasında ikitərəfli münasibətlər uğurla davam etdirilir

Ukrayna Baş prokurorunun ofisi Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il 22 yanvar tarixli Konvensiyaya əsasən, Azərbaycan Respublikasının vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağstafa Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. O, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan olunub.

Adil Orucov Ukrayna ərazisində müəyyənləşdirilərək 2022-ci ilin yanvarında barəsində həbs qətimkan tədbiri seçilib. O, fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

 AZƏRTAC