Azərbaycanın xarici işlər naziri Holokost qurbanlarının xatirəsinə ucaldılmış memorial kompleksini ziyarət edib
Digər xəbərlər

Azərbaycanın xarici işlər naziri Holokost qurbanlarının xatirəsinə ucaldılmış memorial kompleksini ziyarət edib

Martın 29-da İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılmış Yad Vaşem memorial kompleksini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub.

Ceyhun Bayramov 1953- ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin Holokost qurbanlarının sənədləri fotoşəkillərinin sərgiləndiyi muzey memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb.

Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib.