Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
İQTİSADİYYAT

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir

Avropa İttifaqı () ilə müxtəlif proqramlar layihələr çərçivəsində tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, "yaşıl" rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından önəm kəsb edir.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirin birinci müavini Elnur Əliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Şərqi Avropa Mərkəzi Asiya üzrə İşçi Qrupun nümayəndə heyəti ilə görüşüb.

Nazirin birinci müavini ölkəmizin Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb, tərəflər arasında münasibətlərin artan dinamikasında ticarət investisiya sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının, xüsusilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir. Avropa İttifaqı ilə müxtəlif proqramlar layihələr çərçivəsində tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, "yaşıl" rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından önəm kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülmüş işlərlə bağlı məlumat verilib.

Avropa İttifaqı Şurasının Şərqi Avropa Mərkəzi Asiya üzrə İşçi Qrupun nümayəndə heyətinin rəhbəri Kiara O Brayen -Azərbaycan əlaqələrindən danışıb, ölkəmizin əlverişli biznes investisiya mühitindən məmnunluğunu ifadə edib. Xanım O Brayen Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının şirkətlərini cəlb etdiyini onların ölkəmizdə fəaliyyətdə, eləcə işğaldan azad olunmuş ərazilərimizin bərpası quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Saziş layihəsinin Ticarət hissəsi Avropa İnvestisiya Planının icrası ilə bağlı təqdim ediləcək layihə təkliflərinin cari vəziyyəti, Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda icrası, bərpaolunan enerji mənbələrinə, texnologiyaya "yaşıl" keçid sahələrinə investisiyalar, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə Avropa şirkətlərinin cəlb edilməsi, qeyri-neft sektorunun diversifikasiyası ilə bağlı aparılan islahatlar digər məsələlər barədə İşçi Qrupun nümayəndələri tərəfindən ünvanlanmış suallar cavablandırılıb.

Tədbirdə İxracın İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən "Azərbaycanda investisiya imkanları" KOBİA-nın fəaliyyəti ilə bağlı təqdimatlar edilib.