Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında Müqavilə ilə əlaqədar ratifikasiya sənədləri mübadilə edilib
SİYASƏT

Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında Müqavilə ilə əlaqədar ratifikasiya sənədləri mübadilə edilib

Noyabrın 5-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə" ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq Protokol imzalanıb.

AZƏRTAC