Azərbaycanla Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstəklə bağlı sənədin imzalanması nəzərdə tutulur
Digər xəbərlər

Azərbaycanla Fransa arasında minatəmizləmə əməliyyatlarına dəstəklə bağlı sənədin imzalanması nəzərdə tutulur

Sentyabrın 20-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə işğaldan azad edilmiş ərazilərdə agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Fransanın Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi ayırması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.

Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi məsələləri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.

AZƏRTAC