Azərbaycanla Polşa parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət

Azərbaycanla Polşa parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova Polşaya rəsmi səfəri çərçivəsində bu ölkənin Seyminin sədri Elzbieta Viteklə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Elzbieta Vitek ölkələrimiz qanunverici orqanlarımız arasında münasibətlərdən məmnunluğunu ifadə edib. O, Milli Məclis sədrinin bu səfərinin parlamentlər arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Seymin sədri parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, bu mənada qanunverici orqanlar arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Elzbieta Vitek Azərbaycanın Polşa üçün dost ölkə olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini bildirib.

Polşa Seyminin sədri, həmçinin ölkəsində mövcud olan vəziyyət, inkişaf göstəriciləri, multikultural mühit barədə məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Deyib ki, dövlət başçılarının səfərləri ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Görüşdə regionda mövcud olan vəziyyət barədə məlumat verən Milli Məclisin sədri Azərbaycanın 2020-ci ildə öz ərazilərini işğaldan azad etdiyini bildirib. Deyib ki, artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Bu mənada, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü sərhədlərinin toxunulmazlığını şübhə altına alan hərəkət bəyanatlar qəbuledilməzdir.

O işğal dövründə Ermənistanın kənd şəhərlərimizin dağıdıldığını, tarixi, mədəni dini abidələrimizi vandalizmə məruz qoyduğunu, məscidlərimizin təhqir olunduğunu söyləyib.

Vurğulanıb ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verib. Qeyd edilib ki, azad olunmuş torpaqlarda görülən işlərə ən böyük maneə ərazilərin minalanmasıdır.

Milli Məclisin sədri, həmçinin Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün 5 prinsip təklif etdiyini diqqətə çatdırıb.

Ötən il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Sahibə Qafarova deyib ki, xalqlarımız arasında dostluq əməkdaşlıq ənənələrinin tarixi isə daha genişdir.

Bu səfərin iki parlament arasında münasibətlərin inkişafına təkan olacağını vurğulayan S.Qafarova ölkələr arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, iki dost tərəfdaş ölkənin parlamentləri olaraq, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın birgə fəaliyyətin gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

S.Qafarova , həmçinin Azərbaycanda mövcud olan multikultural mühit, gender siyasəti barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.