Azərbaycanlı deputatlar Ankarada ulu öndər Heydər Əliyevin xatirəsini anıblar
Diaspora

Azərbaycanlı deputatlar Ankarada ulu öndər Heydər Əliyevin xatirəsini anıblar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın parlament nümayəndə heyəti iyulun14-də Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərin burada ucalan abidəsi önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub.

Bu gün azərbaycanlı deputatlar TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.

Səfər iyulun 16-da başa çatacaq.

AZƏRTAC