Azərbaycanlı əsirlər məsələsi ikitərəfli görüşlərdə müzakirə edilib
Digər xəbərlər

Azərbaycanlı əsirlər məsələsi ikitərəfli görüşlərdə müzakirə edilib

Ermənistanın hərbçilərimizi saxlaması əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir.

Asan radionun verdiyi məlumatda bildirilir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, son müddət ərzində iki ölkə arasında belə bir razılaşma var idi ki, sərhəd xəttini səhvən keçən hərbçilərin geri qaytarılması vacibdir və bu, tərəflər arasında bir etimad quruculuğu tədbiri kimi dəyərləndirilə bilər.

Məhz bu razılaşmanın nəticəsi olaraq, Azərbaycan tərəfi ümumilikdə 10-dan artıq erməni hərbçisini və mülki şəxsini geri qaytarmışdır. Bu, hesab edirik ki, Ermənistan tərəfindən atılan addım əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir. Bu çox yanlış inkişafdır, çox təhlükəli inkişafdır. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

“Respublika”.