AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, o, UEFA U-17 Avropa çempionatı final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.
Həmyerlimiz qrup mərhələsinin 6, həmçinin dörddəbir, yarımfinal və final oyunlarında işbaşında olacaq.
Qeyd edək ki, futbol üzrə UEFA U-17 Avropa çempionatının final mərhələsi bu ilin mayın 16-dan iyunun 1-dək İsraildə təşkil olunacaq.
AZƏRTAC