“Azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu gücləndirəcəyik”
Türk dünyası

“Azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu gücləndirəcəyik”

“Dəmir İpək Yolu kimi ifadə edilən bu xəttlə biz regionumuza dünya miqyasında əhəmiyyət kəsb edən strateji bir nəfəs borusu açacağıq. Yəni Londondan yola düşən şəxs bizim ölkədən keçərək Pekinə qədər gedə biləcək.”

Respublika-news.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas Hökumət Meydanında vətəndaşlara müraciətində deyib. Çıxışında Azərbaycanla münasibətlərə də toxunan Türkiyə Prezidenti bildirib ki, layihədə Azərbaycan da yer alacaq.

“Necə ki, 30 illik işğaldan sonra Qarabağı birlikdə azad etdik, tikdiyimiz boru kəmərləri ilə Türkiyəni Şərqlə Qərb arasında enerji mərkəzinə çevirdik, iqtisadiyyatdan müdafiə sənayesinə, ticarətdən mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı necə gücləndirdiksə, həmçinin Azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu inkişaf etdirəcəyik. O, şirin görünmək üçün Qarabağ Zəngəzur dəhlizinə məhəl qoymayan CHP sədrinə rəğmən bunu edəcəyik”-deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Nəzrin CAVADZADƏ.