“AzerGold
Digər xəbərlər

“AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihənin qaliblərindən biri olan Nazim Novruzovla görüşüb.

Görüşdə fərdi inkişaf planı əsasında görülmüş işlər barədə müzakirələr aparılıb, ötən ay icra edilmiş qarşılıqlı fəaliyyət planı təhlil edilib. Həmçinin mentor tərəfindən karyera planlaması, əsas səmərəlilik göstəricilərinin təyin edilməsi metodları, işçilərin qiymətləndirilməsi və idarəetmədəki roluna dair suallar cavablandırılıb, şəxsi səmərəlilik və özünü inkişafa dair bir sıra ədəbiyyat siyahısı tövsiyə edilib. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, növbəti bir ay üçün fəaliyyət proqramı planlaşdırılıb.