Reklam və elanlar

"AZMETKO Kompleks Sazlama və Avtomatlaşdırma" ASC Mühasibat balansı

Sərbəst auditor Talıbov Tariyel Aslan oğlu

MÜSTƏQİL AUDİTOR RƏYİ

"AZMETKO KSA" Açıq Səhmdar Cəmiyyətinə

Mən, "AZMETKO KSA" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Cəmiyyət") 31 dekabr 2021-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, səhmdar kapitalında dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də, əsas mühasibat prinsiplərinin və digər izahedici məlumatların xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini aparmışam.

Mənim rəyimcə, maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Cəmiyyətin 31 Dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli əks etdirir.

Rəy üçün əsas

Mən audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışam. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərim hesabatımın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Mən Peşəkar Mühasiblər üçün Əxlaq Kodeksi üzrə Beynəlxalq Əxlaq Standartları Şurasının (İESBA) prinsiplərinə uyğun olaraq Qrupdan ayrıyam və digər əxlaq öhdəliklərimi bu tələblər və İESBA Kodeksi əsasında həyata keçirmişəm. Mən hesab edirəm ki, audit rəyimi bildirmək üçün yetərli və müvafiq audit sübutları əldə etmişəm.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə və maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya səhvlərdən qaynaqlanan əhəmiyyətli təhriflərin qarşısının alınması məqsədilə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Cəmiyyətin daimilik prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyənədək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın daimilik prinsipindən istifadə etmək üzrə məsuliyyət daşıyır.

İdarəçilik üzrə məsul tərəflər Cəmiyyətin maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorun öhdəlikləri

Mənim məqsədim bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi mən audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirəm. Mən həmçinin:

lMaliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurların hazırlayır və icra edir və rəyim üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayıram. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.

lMövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirəm.

lİstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirəm. Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin davamlılıq prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildirirəm. Mənim yekun rəyimdə ciddi qeyri- müəyyənlik mövcuddur deyilərsə, auditor hesabatımda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyim, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimi dəyişdirməyimiz tələb olunur. Mənim yekun rəylərim auditor hesabatımın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Bankın işində davamlılıq prinsipini poza bilər.

lMaliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib.

lMən Cəmiyyətin audit yoxlamasının istiqamətləndirilməsi, nəzarəti və icrası üzrə məsulam. Audit rəyimə görə tam məsuliyyət daşıyıram.

Mən auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zaman daxili nəzarətdə aşkarladığım mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluram.

Mən həmçinin müstəqillik üzrə müvafiq etik standartlara riayət etdiyimi, o cümlədən müstəqilliyimə təsir göstərəcək və digər məsələlər üzrə əlaqdar təhlükəsizlik tədbirləri tətbiq olunduğu hallar ilə bağlı idarəetmə üzrə məsul tərəflərə hesabat verirəm.

Müstəqil auditorun hesabatı 14.04.2022-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri sifarişçi təsərrüfat subyektində, ikincisi isə Sərbəst Auditorda saxlanılır.