AzTU-nun İspaniya ali  məktəbləri  ilə əməkdaşlığı
Digər xəbərlər

AzTU-nun İspaniya ali  məktəbləri  ilə əməkdaşlığı

Azərbaycan Texniki Universitetinin (AzTU) ictimaiyyətlə   əlaqələr   şöbəsi   bildirir  ki, rektor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyada işgüzar səfərdə olub. Səfər çərçivəsində Madrid Politexnik Universitetinin (MPU) akademik heyəti ilə görüşlər keçirilib, həmçinin universitetin Sənaye Mühəndisliyi Ali Texniki Məktəbi ziyarət olunub.

Görüşlər zamanı hər iki universitet arasında akademik heyət və tələbə mobilliyinin genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, AzTU və MPU-nun müxtəlif mövzularda birgə tədqiqatlar aparması, eləcə də müvafiq sahələrdə ikili diplom müqavilələrinin imzalanması ilə bağlı müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti “Erasmus+ KA171” proqramı çərçivəsində MPU-da tədqiqat aparan AzTU-nun magistr tələbələri - Gülüstan Nəbili, Fərid Nadirov və Sona Nəzərovanın fəaliyyəti ilə də tanış olub.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətinin   səfərində   beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak ediblər. 

Nəriman  CAVADOV,

“Respublika”.