Bahar Muradova: Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm
MÜSAHİBƏLƏR

Bahar Muradova: Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm

Azərbaycan-Türkiyə arasındakı münasibətlərin ruhuna uyğun olaraq, xüsusilə Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrə, iki ölkə rəhbərlərinin qardaşlıq, bərabərlik, tərəfdaşlıq, qarşılıqlı hörmət və müstəqillik prinsiplərinə söykənərək münasibətlərimizin, əməkdaşlığımızın yeni mərhələsinə qədəm qoyuruq.

AZƏRTAC xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində bildirib.  

Görüləcək işlərin çox olduğunu qeyd edən B.Muradova deyib: “Həmin işlərin bir qismi ölkə daxilinə, bir qismi regiona aiddir. Qalanları isə dünyamiqyaslı işlərdir. İnanıram ki, Türkiyə-Azərbaycan birliyinin sayəsində  bütün bu işlərin öhdəsindən gələcəyik. Çünki bizim güc qaynağımız xalqlarımızdır, onlar arasında olan dostluqdur, qardaşlıqdır, əməkdaşlıqdır, eyni zamanda, qarşımızda dayanan hədəflərdir. Gücümüzə söykənərək hədəflərə doğru inamla irəliləyəcəyimizə, uğurlar qazanacağımıza əminəm. Biz də bu işdə iştirak etdiyimiz, bu işlərə azacıq da olsa töhfəmiz olduğu üçün xoşbəxtik.”

AZƏRTAC