Reklam və elanlar

"Bakı Dəmir Beton - 4" ASC-nin 2022-ci ilin illik maliyyə hesabatları

"Bakı Dəmir Beton - 4" ASC-nin 2022-ci ilin illik maliyyə hesabatlarının auditinə dair

MÜSTƏQİL AUDİTORUN HESABATI

Tarix: 30.03.2023                                           № PHbshSmFd2

Müsbət Rəy

Mən, "Bakı Dəmir Beton - 4" ASC-nin (VÖEN 1600045101) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyəti, mənfəət zərər digər məcmu gəlirlər, kapitalda dəyişikliklər göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə mühasibat uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Müsbət Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik tələblərə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm digər etik öhdəlikləri bu tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından maliyyə hesabatlarına dair rəyimin formalaşmasında bütövlükdə nəzərə alınmışdır mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

Maliyyə hesabatlarına görə rəhbərliyin Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

 Rəhbərlik maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına düzgün təqdim edilməsinə rəhbərliyin fikrincə, dələduzluq ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək rəyimin daxil olduğu auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir. Lakin o zəmanət vermir ki, BAS-lara uyğun olaraq aparılan audit mövcud təhrifləri həmişə aşkarlayır. Təhriflər dələduzluq ya səhvlər nəticəsində yarana bilər. Mən auditi elə şəkildə planlaşdırmalı aparmalıyam ki, maliyyə hesabatlarına təsir edən əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olum. İstifadəçilərə tərəfimdən təsdiq edilərək təqdim ediləcək maliyyə hesabatları əsasında qəbul edəcəkləri iqtisadi qərarlara təsir edəcək təhriflər əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü,

Sərbəst auditor: Qulu Mehbalı oğlu Soltanov

Bakı, Azərbaycan Respublikası