Bakı-Əyirici-Toxucu
Reklam və elanlar

Bakı-Əyirici-Toxucu" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

"Bakı-Əyirici-Toxucu" ASC-nin səhmdarlarına VÖEN: 9900009281

Rəy

Biz "Bakı-Əyirici-Toxucu" ASC-nin (bundan sonra "Cəmiyyət") 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Şərti müsbət rəy bildirmədən biz əsas diqqəti maliyyə hesabatlarının IX və XIV qeydlərinə yönəldirik. Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları maliyyə hesabatlarına dair qeydlərdə göstərilənlərin maliyyə hesabatlarına təsiri istisna olmaqla (əgər olarsa), Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli təsəvvür yaradır.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Biz diqqəti Cəmiyyətin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdik. İzahedici qeydlərdə hazırkı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar biz öz mülahizələrimizə dəyişikliklər etməmişik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun olaraq aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar şəffaflıq nümayiş etdiririk. Biz həmçinin:

lMaliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

lCəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi daşımamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.

lİstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.

lMühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririrk.

M 12907

15 mart 2022-ci il

Bakı, Azərbaycan Respublikası

"Analitik-Audit Konsaltinq" MMC-nin

Direktoru-auditoru

Qurbanov Abbasəli Şükür oğlu