Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Osmanov Əlixan Qədir oğlu

Tağıyev Səbuhi Qiyas oğlu

Tağıyev Şəbəl Əbtalıb oğlu

“Tərəqqi” medalı ilə

Əkbərov Faiq Qabil oğlu

Əmrahov Sadıq Qərib oğlu

Əsgərov Hidayət Allahverdi oğlu

İbrahimov Samir Qayıb oğlu

Qasımov Rüfət İlham oğlu

Məmmədov Elçin Adil oğlu

Məmmədov Emin Şamil oğlu

Seyidov Ruslan Məmmədrəsul oğlu.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 noyabr 2022-ci il