Bakı şəhəri qlobal startap ekosistemi reytinqində 31 pillə irəliləyib
Ekologiya

Bakı şəhəri qlobal startap ekosistemi reytinqində 31 pillə irəliləyib

30 may 2023-cü ilin tarixində dünyanın qlobal startap ekosistem xəritəsi və araşdırma mərkəzi olan “StartupBlink” təşkilatı tərəfindən Qlobal startap ekosistemi indeksinin 2023-ci il üzrə hesabatının təqdimat konfransı keçirilib.

Tədbir çərçivəsində Azərbaycanda bu sahədə həyata keçirilən yeniliklər də qeyd olunub.

Hesabatda dünya üzrə startapların inkişafı üçün münbit şəraitin olduğu 100 ölkə və 1000 şəhər seçilib. Ötən illə müqayisədə Azərbaycan reytinqdə 1 pillə, Bakı isə şəhərlərarası reytinqdə 31 pillə irəliləyib.

Reytinq hesablanarkən şəhərlərdə  innovasiya mərkəzlərinin, investorların, qeydə alınmış startapların və akselerasiya proqramlarının sayı, o cümlədən startaplar üçün yaradılmış infrastruktur və onlardan istifadə, güzəşt mexanizmləri, universitetlərdə innovasiya tədbirləri, startap bazar həcmi, tədqiqat və araşdırma işləri kimi meyarlar nəzərə alınır.

“Respublika”.