Bakıda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans
Digər xəbərlər

Bakıda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans

Dünən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş "Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, bir sıra xarici ölkələrin Ali Məhkəmə sədrlərindən ibarət nümayəndə heyətləri digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ali Məhkəmənin sədri Ramiz Rzayev konfrans iştirakçılarını salamlayıb, ölkəmizə təşrif buyurduqları üçün qonaqlara həmkarlarına minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq konfransın iştirakçılarına müraciətini parlament sədrinin birinci müavini Əli Hüseynli oxuyub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O'Lirinin konfrans iştirakçılarına videomüraciəti təqdim edilib.

Konfransda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev "Azərbaycan Respublikası Ali Məhkəməsinin keçdiyi tarixi inkişaf yolu" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il mayın 10-da xalqımız müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycanda məhkəmə sisteminin inkişafı Ümummilli Liderin fəaliyyəti ilə sıx bağlıdır.

 Ali Məhkəmənin yaradılmasının tarixi haqqında danışan Ramiz Rzayev bildirib ki, Azərbaycan dövləti müstəqilliyinin bərpasından sonrakı dövrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılıb. Respublikamız ikinci dəfə 1991-ci ildə müstəqillik əldə edənə kimi məhkəmə quruluşu dəfələrlə dəyişilsə , Azərbaycan SSR Ali Məhkəməsi ölkənin Ali Məhkəmə orqanı kimi mövcud olub. Yetmiş il davam edən sovet dövrü ərzində Ali Məhkəmə dövrün şərtləri çərçivəsində ölkəmizdə məhkəmə fəaliyyətinin hüququn inkişafına yönəlmiş fəaliyyət göstərib.

Ramiz Rzayev vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri rolu 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunub. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin ali məhkəmə orqanı kimi təsbit olunması onun yüksək hüquqi statusundan irəli gəlir.

"Prezident İlham Əliyevin 2019-cu il aprelin 3- imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanını isə biz ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması, bu sahədə yeni yol xəritəsi kimi qəbul edirik", - deyə Ali Məhkəmənin sədri qeyd edib.

Konfransda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Baş prokuror Kamran Əliyev, insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva çıxış edərək Ali Məhkəmənin keçdiyi tarixi inkişaf yolundan, məhkəmə-hüquq sahəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Sonra konfrans "Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında Ali Məhkəmənin rolu" mövzusunda panel iclası ilə işini davam etdirib.

Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun moderatorluğu ilə keçən panel iclasında ölkəmizdə vahid məhkəmə təcrübəsinin formalaşması istiqamətində görülən tədbirlərdən danışılıb. Eyni zamanda, bu sahədə ötən müddət ərzində Ali Məhkəmənin Plenumu tərəfindən bir sıra vacib qərarların qəbul edildiyi vurğulanıb.

İclasda Belarus Respublikasının Ali Məhkəməsinin sədri Valentin Sukalo, Rumıniya Ali Məhkəməsinin sədri Korina Alina-Korbu, Qazaxıstan Respublikasının Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev, Çex Respublikasının Ali Məhkəməsinin sədri Petr Angialossi, Qırğız Respublikasının Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov, Qətər Dövlətinin Ali Məhkəməsi sədrinin müavini Ahmed Ali Al-Binali, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov başqaları çıxış edərək vahid məhkəmə təcrübəsi ilə bağlı qənaətlərini bölüşüblər.

Ülvi QARAYEV,

Respublika”.