Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb
Digər xəbərlər

Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişinə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə Bakıda təlim-məşqlərə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə, həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

AZƏRTAC