Bakıda bir sıra binalar Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Sosial həyat

Bakıda bir sıra binalar Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Zəfər Günü münasibətilə Bakıda bir sıra binalar Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Zəfər Günündə paytaxt Bakı, eləcə də ölkəmizin şəhər və rayonları Azərbaycan bayrağı və banerlərlə bəzədilib.

Paytaxtımızın müasir rəmzinə çevrilən "Alov güllələri", Bakı Kristal Zalı və bir sıra digər binaların üzərində Azərbaycan bayrağı əks olunub.

AZƏRTAC