Bakıda Formula 2 yarışının sprint  yürüşünün qalibləri mükafatlandırılıb
İdman

Bakıda Formula 2 yarışının sprint  yürüşünün qalibləri mükafatlandırılıb

İyunun 11-də Bakıda keçirilən Formula 2 yarışının sprint yürüşünün qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, yürüşdə "ART Grand Prix" komandasının pilotu Frederik Vesti birinci, "Prema Racing"dən Cehan Daruvala ikinci, "Carlin" komandasının sürücüsü Liam Louson isə üçüncü olublar.

Mükafatları pilotlara Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Milli Məclisin deputatı Nigar Arpadarai təqdim ediblər.

AZƏRTAC