Bakıda hesabatlılıqla bağlı beynəlxalq elmi-praktik konfrans keçirilir
Sosial həyat

Bakıda hesabatlılıqla bağlı beynəlxalq elmi-praktik konfrans keçirilir

Bu gün Bakıda Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfrans işinə başlayıb.

“Respublika” xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamına uyğun olaraq təşkil olunub.

Beynəlxalq elmi-praktik konfransda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov konfransı açaraq qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və konfransın əhəmiyyətindən bəhs ediblər. N.Əmirov tədbir iştirakçılarına Prezident İlham Əliyevin müraciətini oxuyub.

Nuranə DAXİLQIZI,

Röya RÜSTƏMLİ

“Respublika”.