Bakıda keçirilən konfransın iştirakçıları Azərbaycanın Zəngilan rayonunda olublar
Digər xəbərlər

Bakıda keçirilən konfransın iştirakçıları Azərbaycanın Zəngilan rayonunda olublar

Milli Məclisin ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda Bakıda keçirilən konfransın iştirakçıları mayın 23- Azərbaycanın Zəngilan rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfərdə ATƏT PA-nın sədri Marqareta Sederfelt, Monteneqro Parlamentinin sədri Daniyela Curoviç, ATƏT PA-nın Baş katibi Roberto Montella, Litva Seyminin vitse-spikeri Yonas Yarutis, ATƏT PA-ya üzv dövlətlərin beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qonaqları Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadi məsələlər, elm, texnologiya ətraf mühit üzrə baş komitəsinin sədri Azay Quliyev, deputat İqbal Məmmədov Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli müşayiət ediblər.

Səfər çərçivəsində qonaqlar təyyarə ilə Zəngilan Beynəlxalq Hava Limanına gəliblər. Onlara burada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilmiş hava limanının texniki imkanları barədə məlumat verilib.

Sonra qonaqlar Zəngilan rayonunun Cahangirbəyli kəndinə gəliblər. Burada onlara Şərqi Zəngəzur rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan digər ərazilərimizin Ermənistanın işğalı altında olduğu dövrdə necə viran edilməsindən, bütün əhalinin öz doğma yurdlarından didərgin düşərək məcburi köçkün olmalarından söz açıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilər, o cümlədən Zəngilan rayonu Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Xüsusi nümayəndə həyata keçirilən quruculuq işləri perspektivdə nəzərdə tutulan planlar barədə danışıb, Cahangirbəyli kəndinin bərpa işləri, kəndin inkişaf planı barədə məlumat verib.

Sonra ANAMA-nın sədr müavini Samir Poladov ərazidə basdırılan minalar onların axtarışı barədə məlumat verib. Burada qonaqlara mina partlayışı nümayiş etdirilib.

Sonra qonaqlar Zəngilan şəhərində Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni tarixi abidələrə, yerlə-yeksan edilmiş binaların qalıqlarına baxıblar.

Qonaqların diqqətinə çatdırılıb ki, işğal illərində Ermənistan meşələrimizi qoruqlarımızı məhv edib, təbii sərvətlərimizdən qanunsuz istifadə edib, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çaylar da daxil olmaqla, torpağı çayları çirkləndirib.

Yolboyu qonaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələrini öz gözləri ilə görüblər. Qonaqlara işğal dövründə Azərbaycanın şəhər qəsəbələrinin, mədəni, dini abidələrinin, kitabxanaların işğalçı qüvvələr tərəfindən dağıdıldığı, xaraba qaldığı barədə məlumat verilib.

Daha sonra qonaqlar Zəngilanın Ağalı kəndinə yola düşüblər.

Qonaqlara bildirilib ki, Ağalı kəndi "Ağıllı kənd" layihəsi çərçivəsində tamamilə yenidən bərpa olunan işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin yenidən məskunlaşdığı yaşayış məntəqəsidir. Onlara "Ağıllı kənd" "Yaşıl enerji" layihələri çərçivəsində görülmüş işlərlə bağlı geniş məlumat verilib.

Milli Məclisin ATƏT PA-nın birgə təşkilatçılığı ilə Bakıda keçirilən konfransın iştirakçıları Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi, ASAN xidmət mərkəzi digər yeni tikililərlə tanış olublar. Qonaqlar burada kənd sakinləri ilə söhbət ediblər onlarla xatirə şəkli çəkdiriblər.