BARAMAÇILIQ: GƏLİRLİ SAHƏYƏ MARAQ ARTIR
İQTİSADİYYAT

BARAMAÇILIQ: GƏLİRLİ SAHƏYƏ MARAQ ARTIR

Aqrar sektorun inkişafı dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər kənd təsərrüfatının dayanıqlı dinamik  inkişafında baramaçılıq ipəkçilik xüsusi rol oynayır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında baramaçılığın ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" bu gəlirli sahənin inkişafı üçün geniş imkanlar açmışdır.

Lənkəran rayonunda da baramaçılığın qədim ənənələri qorunur uğurla davam etdirilir. Dövlət Proqramına uyğun baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə keçən il rayonda 8 min ədəd  tut tingi əkilib. Yerli şəraitə uyğunlaşdırılmış tinglər kümçülük təsərrüfatlarında fiziki şəxslərin torpaq sahələrində yetişdirilir. Ağaclar vaxtında dərmanlanıb budama işləri aparılıb.

Baramaçılığın inkişafına göstərilən dövlət qayğısı sayəsində ötən il Lənkəran kümçüləri yüksək nəticəyə nail olublar. Cari ildə rayonun  şəhər, 7 qəsəbə 33 kəndində 50 kümçüyə 230 qutu ipəkqurdu toxumu paylanılıb. Mütəxəssislər tərəfindən kümxanaların hazırlanması, ipəkqurdunun aqrotexniki qaydada bəslənilməsi üçün maarifləndirici tədbirlər həyata keçirilib.

Baramaçılıq gərgin zəhmət tələb etsə , məhsul tez, cəmi bir aya başa gəlir. Şəxsi fermer təsərrüfatlarında bu gəlirli sahəyə maraq çoxdur. İstisu qəsəbəsində fəaliyyət göstərən "Yaşıl çay" MMC- baramaçılığın inkişafına xüsusi diqqət yetirilir.

Sahibkar Araz Yaqubovun məlumatına görə, kümxanada məhsul yetişdirilməsi üçün kifayət qədər yem bazası yaradılıb. Yerli şəraitə uyğunlaşdırılmış tinglər əsasında salınmış bağlar ipəkqurdunun daha keyfiyyətli yarpaqlarla yemlənməsinə imkan verir. Bu il məhsuldarlıq əvvəlki illərlə müqayisədə daha yüksək olacaqdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qabaqcıl fermerin kümxanasında yaradılan şəraitlə yaxından tanış olub, baramaçılıq sahəsində işi yüksək qiymətləndirərək öz tapşırıqlarını söyləyib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".