Baş nazir Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti ilə görüşüb

Avqustun 25-də Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çolpon-Ata şəhərində Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qırğızıstan Prezidenti Sadır Japarov Baş nazir Əli Əsədovu və iclasın digər iştirakçılarını, o cümlədən Avrasiya Hökumətlərarası Şurasının üzvlərini və tədbirdə müşahidəçi və qonaq qismində iştirak edən dövlətlərin hökumət başçılarını salamladı.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Qırğızıstan Prezidentinə çatdırdı.

Ə.Əsədov, həmçinin Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələlərə toxundu.

AZƏRTAC