Baş nazir Əli Əsədov  Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov  Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC