Baş nazir Əli Əsədov Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulandı.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

AZƏRTAC