Baş nazir Əli Əsədov Pakistanın Baş naziri Şahbaz Şərifə başsağlığı verib
Sosial həyat

Baş nazir Əli Əsədov Pakistanın Baş naziri Şahbaz Şərifə başsağlığı verib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Baş naziri Şahbaz Şərifə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Pakistanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, faciə nəticəsində yaralananlara şəfa dilənib.

AZƏRTAC