Baş nazir Əli Əsədovun Gürcüstanın xarici işlər naziri ilə görüşü olub
Siyasət

Baş nazir Əli Əsədovun Gürcüstanın xarici işlər naziri ilə görüşü olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edilib. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb.

Həmçinin Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

AZƏRTAC