Baş Prokurorluğun əməkdaşları İstanbulda sosial media üzrə təlim proqramında iştirak ediblər
Digər xəbərlər

Baş Prokurorluğun əməkdaşları İstanbulda sosial media üzrə təlim proqramında iştirak ediblər

Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq treninqə qatılıblar.

AZƏRTAC Baş Prokurorluğun saytına istinadla xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi və Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsinin birgə təşkilatçılığı ilə iyulun 29-30-da İstanbulda keçirilən sosial media üzrə təlim proqramında Azərbaycandan Baş Prokurorluğun mətbuat xidmətinin və digər dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

AZƏRTAC