Baş Prokurorluq daha bir həssas məsələ ilə bağlı videomüraciət yayımlayıb
Digər xəbərlər

Baş Prokurorluq daha bir həssas məsələ ilə bağlı videomüraciət yayımlayıb

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti daha bir həssas məsələ - intihar halları ilə bağlı videomüraciət təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videomüraciətdə müasir dövrdə cəmiyyətin sağlam gələcəyini təhdid edən sosial problemlərdən birinin də intihar olduğu vurğulanıb. Qeyd edilib ki, müxtəlif psixoloji (və ya sosial) problemlərin nəticəsi olaraq hər il dünyada bir milyona yaxın insan öz istəyi ilə həyatına son qoyur.

“Təəssüflər olsun ki, təkcə 2021-ci ilin birinci yarımili ərzində ölkə ərazisində baş vermiş intihar hadisələri nəticəsində 322 nəfər şəxs həyatını itirib.

Bu faciəvi sonluqdan qaçmaq üçün psixoloji dəstəyə ehtiyacı olan insanları görməməzliyə vurmamalı, onlara laqeyd yanaşmamalıyıq.

Həyat və insanlar sandığın qədər əzabverici deyil, dəyişməli olan baxış bucağındır!

Qaranlıqdan sonra günəş mütləq doğacaq, həyatın kontrolunu ələ al!”, - deyə videomüraciətdə bildirilib.

AZƏRTAC