Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərdə baş verən yanğın hadisələri ilə bağlı videomüraciət yayıb
Digər xəbərlər

Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərdə baş verən yanğın hadisələri ilə bağlı videomüraciət yayıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu işğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda yanğın hadisələrinin baş verməsinin müşahidə olunması ilə bağlı videomüraciət yayıb.

AZƏRTAC Baş Prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, videoçarxda hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən, habelə Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsinin yanğın hadisələrinə səbəb olduğu diqqətə çatdırılıb. Bildirilib ki, nəticədə həmin ərazilərdə flora və faunaya ciddi ziyan vurulur.

Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirib ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar. Təbiəti qorumaq hər bir vətəndaşın borcudur.

AZƏRTAC