Baş Prokurorluq: Polis rəisinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Baş Prokurorluq: Polis rəisinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəisi, Rahib Mirzəyevin iyulun 9-da xidməti silahı ilə ürək nahiyəsinə bir dəfə atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC