Baş Prokurorluq qəzaya uğrayan helikopterin düşmə anının parametrlərinin əks olunduğu fotoşəkilləri paylaşıb
Digər xəbərlər

Baş Prokurorluq qəzaya uğrayan helikopterin düşmə anının parametrlərinin əks olunduğu fotoşəkilləri paylaşıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin düşmə anının bort məlumatlarının qeydiyyatçısından - qara qutudan götürülmüş uçuş parametrlərinin əks olunduğu fotoşəkilləri təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatların təhlili helikopterin vertikal uçuş surətinin uçuş təlimatlarına zidd olaraq normadan artıq olduğunu və nəticədə helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olduğunu göstərir.

AZƏRTAC