Baş Prokurorluq: Vətən müharibəsinin başa çatmasından bu günədək 23 mülki şəxs minaya düşərək həlak olub
Digər xəbərlər

Baş Prokurorluq: Vətən müharibəsinin başa çatmasından bu günədək 23 mülki şəxs minaya düşərək həlak olub

Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən il noyabrın 10-dan - Vətən müharibəsinin başa çatmasından bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşərək həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin dövrdə mülki şəxslərdən 23 nəfər həlak olub. Bundan başqa, minaya düşmələri nəticəsində 36 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC