Basarkeçər niyə  Vardenis adlandırıldı?
Tarix

Basarkeçər niyə  Vardenis adlandırıldı?

Göyçə mahalının Basarkeçər rayonu azərbaycanlıların yaşadıqları ən qədim yaşayış məskənlərindən olub. Bu rayon 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Basarkeçər rayonu Ermənistanın Krasnoselo (keçmiş Çəmbərək, Martuni (keçmiş Aşağı Qaranlıq, Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd idi. Rayonun böyük bir hissəsi Göyçə gölü (indiki Sevan) ilə  əhatə olunmuşdur. Ərazisi  1151 km2,  əhalisi isə 1985-ci ilin məlumatına görə 60633 nəfər olmuşdur. Rayonun ərazisi bizim eranın  əvvəllərindən XIX əsrin əvvəllərinə kimi Alban dövlətinin,  ərəblərin, səlcuqların, qaraqoyunluların, ağqoyunluların, səfəvilərin, əfşarların, qacarların və  İrəvan xanlığının (XVIII əsrin ortaları 1828-ci il), 1828-ci ildən sonra çar Rusiyasının, 1918-1920-ci illərdə bir hissəsi Azərbaycan Demokratik Respublikasının (1918-1920), bir hissəsi isə 1918-1920-ci illərdə  daşnakların hakimiyyəti (1918-1920) altında olmuşdur.

Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti  qurulduqdan sonra Göyçə mahalının Basarkeçər rayonu bütövlükdə bolşeviklər tərəfindən Ermənistan SSR-yə verilmişdir. Elə o günlərdən də  bu mahalda yaşayan əhali 1988-ci ilin sonuna kimi müxtəlif yollarla  ermənilər (haylar) tərəfindən ata-baba torpaqlarından  köçməyə məcbur olmuşlar.

1849-cu ildə İrəvan quberniyası yaradılan zaman onun mahallarından biri Novo (Yeni) Bayazid adlandırıldı. Bu qəzanın ərazisi bütövlükdə Göyçə mahalını əhatə edirdi. 1918-1920-ci illərdə də yenə də Nor (Yeni) Bayazid qəzası adlanırdı.

1930-1937-ci illərdə yeni inzibati-ərazi islahatı zamanı qəza beş rayona  bölündü. Bu rayonlardan biri də azərbaycanlıların daha çox  məskunlaşdıqları  Basarkeçər oldu.

Bu rayonların içərisində həm  əhalisinə, həm də ərazisinə görə ən böyük Basarkeçər idi. Ümumiyyətlə, Basarkeçər rayonuna daxil olmaqla Göyçə mahalında tarix boyu həmişə türklər (azərbaycanlılar) yaşamışdır. Ermənilərin (hayların) ayağı bu torpaqlara yalnız XIX əsrin birinci rübündə, yəni çar Rusiyasının Cənubi Qafqazı işğal edəndən sonra  dəymişdir.

Statistik məlumatlar göstərir ki, Basarkeçər rayonunun indiki ərazisindən köçürülən ermənilərin sayı  tədricən artmağa başlamış, yəni 1831-ci ildə 0,5 faiz, 1988-ci ildə 26 faizə  çatmışdır.

Tarixi mənbələr göstərir ki,  Səfəvi qoşunu  Basarkeçərdə də olmuş, burada böyük məhəbbətlə qarşılanmışdır. Şair Miskin Abdal  Basarkeçər rayonunun Sarıyaqub kəndində dünyaya göz açmış,  fəlsəfi dünyagörüşü ilə fərqlənmiş, Səfəvi şahı Miskin Abdalı öz  sarayına dəvət etmiş, bir müddətdən sonra şah vəfat etmiş və şair yenidən doğma kəndləri Sarıyaquba qayıtmışdır. Bir çox mənbələrə görə, Miskin Abdalla Şah İsmayıl Xətai arasında sıx dostluq əlaqələri olmuşdur. 1918-ci ilin Novruz bayramı ərəfəsində erməni daşnakları Göyçə mahalında—Basarkeçərin Zod,  Şişqaya, Zağalı, Kiçik Məzə və digər kəndlərində azərbaycanlılara qarşı  vəhşiliklər törətmiş, dinc əhalini  amansızlıqla qətlə yetirmişdir.  Bu qırğının isə  təşkilatçısı qatı millətçi, şovinist Stepan Şaumyan olmuşdur.

Silikvun başçılıq etdiyi quldur dəstəsinin qarşısı ancaq Zod kəndində  alınmış, Səməd Ağa və onun  silahdaşları  polkovnik Silikovu və onun dəstəsini tələyə salaraq məhv etmişlər.

1930-cu illərin sonlarında Basarkeçər rayonunun əhalisinin  etnik tərkibi azərbaycanlıların xeyrinə dəyişmiş, türk  əhali 70 faizdən artıq təşkil etmişdir. Bunu görən Ermənistan SSR hökuməti azərbaycanlıların əleyhinə yeni planlar qurmağa başladı.  1940-cı illərin sonunda  xaricdə yaşayan ermənilərin (hayların) Ermənistan SSR-ə köçürülməsi bəhanəsi ilə Qərbi  Azərbaycan (indiki Ermənistan) türklərinin zorla (buna könüllülük  donu da geydirməyə çalışmışdılar) Azərbaycan SSR-ə köçürülməsi kampaniyası başladı. Ancaq  həmin dövrdə Basarkeçər rayonunun qeyrətli  şəxslərinin mərdliklə dayanmaları  ermənilərin 1948-1953-cü illərdə həyata keçirmək  istədikləri planlarını pozdu. Basarkeçər rayonunun ərazisindən cəmi 3 kənd: Yarpızlı,  Qanlı, Qızılvəng kəndləri köçürüldü. Onların yerinə bir nəfər də olsun erməni mühaciri gəlmədi. Xaricdən gələn ermənilərdən (haylardan) cəmi 20 ailə  Basarkeçər rayonunun  (Gödəkbulaq, Qırxbulaq və Böyük Məzrə,  kəndlərində yerləşdirildi.

1948-1953-cü illərdə 100 min nəfərdən çox türkün Qərbi Azərbaycandan  (indiki Ermənistan) Azərbaycan SSR-ə  köçürülməsinə baxmayaraq,  Basarkeçər rayonunda 1988-ci ilədək azərbaycanlılar  əksəriyyət  təşkil etmişdir. Ona görə də 1966-cı ilədək  Basarkeçər rayon  partiya komitəsinin 1-ci katibi azərbaycanlı olmuş, rəhbər vəzifələrdə çalışanların  əksəriyyətini azərbaycanlılar təşkil etmiş,  faşist xislətli ermənilərin baş qaldırılmasına yol verilməmişdir. Rayonun kəndlərindən  90 faizi  azərbaycanlılar  kəndi olmuşdur.

1987-ci ildə 47 kəndin cəmi 4-ü erməni (hay) kəndi idi. 1988-ci ildə isə rayonda olan kəndlərin əksəriyyəti Azərbaycan kəndi olmuşdur. 3 kənd isə  qarışıq kənd idi.  Ermənilər Basarkeçərdə 30 faizə yaxın təşkil edirdi. Ermənilər  əsasən rayon mərkəzində yaşayırdı.

Əhalinin sayının çoxluğunu azərbaycanlılar təşkil etdiyi halda, 1966-cı ilin payızında Basarkeçər rayon partiya  komitəsinin 1-ci katibi vəzifəsinə qeyri-qanuni olaraq  erməni təyin edildi, İrəvanda hazırlanan bu ssenari şübhəsiz ki,  Basarkeçərin azərbaycanlı əhalisi tərəfindən narazılıqla qarşılandı, bununla da, onların  xoş növrağı pozuldu.

Uzun illər rayonun Basarkeçər adlandırılması ox kimi ermənilərin qəlbinə sancılmışdı. Daşnaklar hər vəchlə  çalışırdılar ki, Basarkeçərin adı dəyişdirilsin.  Bu ideyanı ortaya atan  əslən  basarkeçərli olan,  qatı millətçi, türk qanına susayan akademik,  Ermənistan Elmlər Akademiyasının  Prezidenti  Viktor  Hambartsumyan idi. Lakin  Viktorun  bu arzusu ürəyində qalmışdır. Bunun səbəbi isə  Basarkeçər rayon partiya komitəsinin katiblərinin uzun illər  azərbaycanlılar olması idi. 1-ci katiblərdən SSRİ Ali Sovetinin   deputatı Yunis Rzayev, Talıb Musayev ermənilərə əl-qol atmağa imkan vermirdi.

Nəhayət, 1969-cu ilin iyun ayında ermənilərin  xəyanət toru    nəticəsində  Basarkeçər rayonunun  adı dəyişdirilərək  Vardenis adlandırıldı.  Bu tədbirə qatılan  Viktor  Hambartsumyan  özü ilə incəsənət ustaları da  gətirmişdi.  Daşnakların xəyanət toru bütün ermənilər tərəfindən  razılıqla qarşılandı. Sonra isə  İrəvandan gəlmiş  rəhbər vəzifələrdə  çalışan  erməni terrorçuların şərəfinə  Göyçə gölünün sahilində məclis quruldu. Viktor Hambartsumyan əlində badə  qürur hissi ilə bildirdi ki, Basarkeçərə Vardenis adı  verilməsi ürəyimcədir.  Çünki Vardenis Martuni rayonunda dağ adı olub.  Bu ərazi isə  babama məxsusdur.

Viktor sözünə davam edərək  vurğuladı ki, uzun illərdən sonra biz  Basarkeçəri Vardenis etdik. Şübhəsiz ki,  yaxın gələcəkdə  türkləri bu ərazilərdən  qovub çıxaracaq,  “Dənizdən-dənizə”, “Böyük Ermənistan” ideyası reallığa  çevriləcəkdir...

Əslinə qalsa, bu sayıqlama idi. Ermənilər bilməli idilər ki, hər an onların başına türk qılıncı enə bilər, dəmir yumruq  məngənə tək onların başını əzə bilər...

Basarkeçərin adının dəyişdirilərək Vardenis olması ermənilərin ən böyük  xəyanətlərindən biri idi.  Onların Basarkeçərdəki azərbaycanlılara məxsus coğrafi   adları dəyişdirməklə  Basarkeçərin tarixi adını da  erməniləşdirdilər. Ancaq bu,  daşnak quldurlara heç nə verməyəcək.  Günlərin bir günündə Müzəffər Azərbaycan  Ordusu  Kəlbəcərdən keçib Basarkeçərin ərazisinə daxil olacaq, haylar əzəli Azərbaycan torpağı olan  Göyçəyə əbədi məskən sala biləcəklər.

Qədir ASLAN,

“Respublika”.