Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırovdan
Məktublar

Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edək. Siz Vətənimizi Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliyə apararaq böyük uğurlara nail olmusunuz. Məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycanın müstəqilliyi və dövlətçiliyi son dərəcə möhkəmlənmiş, ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, xalqımızın rifahı yaxşılaşmışdır.

Bütün Azərbaycan xalqı Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində Sizin əvəzsiz xidmətlərinizi yüksək qiymətləndirir. Siz bu Zəfərlə milyonlarla azərbaycanlının gözünə nur qaytardınız.

Sizi əmin etmək istəyirik ki, biz azərbaycanlıların tarixi Vətəni ətrafında sıx birləşməsinə, ölkəmizin adının daha da ucaldılmasına yönəlmiş siyasətinizi yüksək qiymətləndirir, bu müqəddəs məqsədə daim sadiq olacağımızı bir daha bəyan edirik.

Doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti, xoş əhval-ruhiyyə, Azərbaycanın rifahı və inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Dərin hörmət və ehtiramla, 

Natiq Bağırov

Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri