Beynəlxalq biomüxtəliflik günü ilə əlaqədar Samur-Yalama Milli Parkına ekotur təşkil edilib
Ekologiya

Beynəlxalq biomüxtəliflik günü ilə əlaqədar Samur-Yalama Milli Parkına ekotur təşkil edilib

Ekoturda 2 saylı Baza Tibb kollecinin müəllim və tələbə heyəti, Gənclərin töhfəsi İctimai Birliyinin sədri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini iştirak edib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən tur iştirakçılarına biomüxtəliflik günü, xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, milli parklardakı vəhşi fauna və yabanı flora növləri haqqında məlumatlar verilib, vəhşi təbiətin mühafizəsi istiqamətində müzakirələr aparılıb.

Sonda biomüxtəlifliyin qorunmasının aktuallığından, bu istiqamətdə görülən işlərdən bəhs edilib, gənclərin ekoloji maarifləndirilməsinin önəmi vurğulanıb və ekotur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Respublika”.