Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər
Sosial həyat

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını ziyarət ediblər

Azərbaycan Respublikası Milli Məclisi, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası (MDB PA) MDB PA-nın Assambleya Şurasının Katibliyinin Demokratiyanın, Parlamentarizminin İnkişafının Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları iyunun 1- Ulu Öndərin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.