Beynəlxalq media mütəxəssisi Dan Mayson Medianın İnkişafı Agentliyində
Digər xəbərlər

Beynəlxalq media mütəxəssisi Dan Mayson Medianın İnkişafı Agentliyində

Fevralın 23-də Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov beynəlxalq media mütəxəssisi və təlimçisi Dan Mayson ilə görüşüb.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələrək ölkədə media sahəsində həyata keçirilən islahatlar və "Media haqqında" Qanun barədə fikir mübadiləsi aparılıb, həmçinin jurnalistlərin peşəkarlığının artırılması istiqamətində təşkil olunan layihələrə xarici ekspertlərin cəlb edilməsi imkanları müzakirə olunub.

AZƏRTAC