Beynəlxalq Türk Akademiyası Beynəlxalq mükafata layiq görülüb
Digər xəbərlər

Beynəlxalq Türk Akademiyası Beynəlxalq mükafata layiq görülüb

Beynəlxalq Türk Akademiyası Astanada keçirilən “Avrasiya Kitab Sərgisi - 2023” Beynəlxalq Kitab Sərgisində iştirak edib. Bu tədbir Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə “Foliant” nəşriyyatı tərəfindən təşkil olunub.

Avrasiyanın altıncı ən böyük kitab sərgisi olan “Avrasiya Kitab Sərgisi - 2023”də 70-dən çox ölkə və təşkilat iştirak edib. Sərgidə kitab bazarının yeni nəşrləri və dünya ədəbiyyatının ən nümunəvi əsərləri təqdim olunub.

“İlin ən yaxşı kitabı” müsabiqəsində Beynəlxalq Türk Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə nəşr etdikləri “Sağğımbayın Manasları” əsəri “Mədəniyyət və İncəsənət” kateqoriyasında 3-cü yerə layiq görülüb.