Bəzi hallarda torpaqlar əkin dövriyyəsindən çıxarılır
İQTİSADİYYAT

Bəzi hallarda torpaqlar əkin dövriyyəsindən çıxarılır

Ağdamda keçirilən rayonlararası müşavirədə bu neqativ hallar haqqında məlumat verilib

Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq əmlak idarəçiliyi sahəsinə həsr edilən zona müşavirəsi keçirilib.

Müşavirədə Ağdam, Bərdə, Tərtər, Goranboy, Beyləqan, Ağcabədi, Füzuli, İmişli rayonları Naftalan şəhərinin yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Ümummilli lider Heydər Əliyevin torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə torpaqların dövlət əmlakının idarə edilməsi, istifadəsi, onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki hüquqi şəxslərin mülkiyyətinə ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumatlar verilib. Bildirilib ki, adları çəkilən rayonlar şəhər üzrə ümumilikdə 517.501 hektar ərazidə torpaq üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Qeyd olunub ki, ötən il bu ilin yanvar-aprel ayları ərzində qeyd edilən şəhər rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, şəhər rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur. Qanunvericiliyin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır, adıçəkilən şəhər rayonlarda 39 süni balıq gölünün yaradılması səbəbindən 110 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb. Ötən il cari ilin 4 ayı ərzində monitorinqlər nəticəsində adıçəkilən şəhər rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 939 hal aşkar edilərək sənədləşdirilib.

Həmin hallarla bağlı qanunvericilklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq orqanlara müraciətlər edilib. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, torpaqlardan istifadə edilməsi onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.

S.BABAYEV,

"Respublika".