Binəli Yıldırım: Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq
MÜSAHİBƏLƏR

Binəli Yıldırım: Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq

Qlobal Bakı Forumu beynəlxalq və regional vəziyyətlə bağlı məsələlərin müzakirəsi üçün mühüm əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin, ədalətin dünyaya çatdırılmasına görə bu cür tədbirin təşkili təqdirəlayiqdir. "Bildiyimiz kimi, burada bir çox sabiq prezidentlər, nazirlər, ziyalılar iştirak edirlər. Hazırda bir çox dünya ölkələrinin diqqəti bu forumdadır. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq".

AZƏRTAC