“Bir olacağıq, diri olacağıq, Türkiyə olacağıq!
Türk dünyası

“Bir olacağıq, diri olacağıq, Türkiyə olacağıq!"

Sayılı günlər qalmış seçkilərin ikinci turuna da türk qardaşlarımız məhz bu amalla gedəcək

Yaz təbiətin gözəl fəslidir, hər şey canlanır, qan qaynayır, insanların ilham pərisi qanadlanıb uçur. Zəhmət adamı çölündə, çəmənində, tarlasında torpağa can verir. Bu yaz Türkiyə üçün başqa bir yaz oldu, siyasət meydanı da mühüm, tarixi nöqteyi-nəzərdən əhəmiyyətli hadisələrlə zəngin oldu. Prezident, parlament seçkiləri ərəfəsində tərəflər, cəbhələr, partiyalar, ittifaqlar qarşı-qarşıya gəldi. Təbliğat, təşviqat dönəmində vəd üstünə vəd verildi, sözünü əməli ilə deyənlər, "El gözü tərəzidir" məsəlinə söykənənlər seçimi xalqın ixtiyarına verdi. Həmin ərəfədə türk televiziya kanalları prezidentliyə namizədlərin təbliğatı üçün reklam çarxlarına geniş yer verməyə başladılar. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana dəstək üçün hazırlanmış bir videoçarxda "Doğru zaman, doğru insan" çağırışı ilk gündən diqqətimi cəlb etmişdi. Bəli, Türkiyə sınaq qarşısındadır, xalq öz taleyini məhz doğru seçimi ilə müəyyənləşdirəcək: doğru zamanda, doğru insanı seçməklə. Tarixin ən çətin sınaqlarından üzüağ, alnıaçıq qalib çıxan türk xalqı şansını bir daha sınayacaq!..

Mayın 14- bütün dünyanın gözü Türkiyəyə dikilmişdi, hər kəs seçkilərin sonunu səbirsizliklə gözləyirdi. Həmin gün, demək olar ki, gecə yarısınadək təkcə Türkiyə deyil, elə Azərbaycan da həyəcanlı anlarını yaşayırdı. Televiziya ekranları qarşısında milyonlarla insan canlı yayımda seçkinin nəticələrini izləyirdi.

Tabloda rəqəmlər dəyişdikcə həyəcan da artırdı: "Ərdoğan sevdalılar, sevginin, xeyrin qələbə çalacağına inanırdılar. Çünki "Aşkla çalışan, yorulmaz!", - deyib bu yola çıxan türk liderinin etdiklərini Türkiyəni, xalqını sevə-sevə etdiyini yaxşı bilirdi haqqın, ədalətin tərəfində duranlar. Qədirbilən Azərbaycan xalqı da o mövqedə idi, ən çətin anlarımızda, sevincli günlərimizdə yanımızda olanın yanındaydı. Beynəlxalq tədbirlərdə, mötəbər kürsülərdə Azərbaycanın haqq səsini dünyaya çatdıran, hələ Tovuz döyüşlərində: "Dost qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə pislədiyimizi bildirmək istəyirəm... Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər cür hücumun qarşısında olmaqla əsla tərəddüd etməyəcək", - deyənin, ölkəmizə sonuna qədər dəstək veriləcəyini deyən dediyini edənin tərəfindəydi xalqımız. Bunun bəzi qüvvələrdə qıcıq yaratmasının səbəbini anlamaq da çətin deyildi. Çünki bir həqiqət var, hər bir ölkə daxili xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini düzgün formada qurub inkişaf etdirdikcə regionda güclü dövlətə çevrilir. Bu yüksəliş isə heç bütün ölkələr tərəfindən birmənalı qarşılanmır. Təəssüflər olsun ki, Türkiyə , Azərbaycan da belə dövlətlərdəndir. Onları gözü götürməyənlər hər yolla müdaxilə edib zəiflətməyə çalışanlar çoxdur onlardan istənilən qədər danışmaq olar. Lakin bir daima bir-birinin yanında olan heç bir dəstəyini əsirgəməyən iki qardaş, dost da var: Azərbaycan-Türkiyə, tarixi əsrlərə söykənən iki dövlət. Bax, hər iki ölkənin əsrlər boyu davam edən münasibətləridir bu gün Türkiyə Azərbaycanı bir-birinə yaxın edən. Hər iki ölkə liderinin öndərlərimizin ideyalarına sadiqliklərinin nümunəsidir bu birlik.

Mayın 15- Azərbaycan Prezidenti telefon zəngində Türkiyə Prezidentini cümhurbaşqanı parlament seçkilərində qazandıqları səs çoxluğuna görə təbrik etmiş, ona türk xalqına növbəti mərhələdə uğurlar diləmişdi. Çünki 49,51 faiz səs çoxluğu ilə Ərdoğan onun komandası mayın 28- təkrar mübarizə meydanına çıxacaq. Türk liderinin öz real rəqibini təxminən 5 faiz səslə geridə qoyması isə çox şey söyləyirdi. Bu o demək idi ki, türk xalqı ötən 20 il ərzində Ərdoğanın Türkiyə üçün etdiyini unutmayıb onu dəyərləndirməyə qadirdir. Haqqın tərəfində olanlar yaxşı bilir ki, Rəcəb Tayyib Ərdoğan Baş nazir vəzifəsinə gəldikdən sonra müasir Türkiyənin dövlət quruculuğunun əsasını təşkil edən dünyəvi prinsiplərdən geri çəkilməyəcəyini bəyan etmiş, həmin dönəmdə, 2004-2005-ci illər arasında Türkiyədə pul islahatı aparılmış, inflyasiyanın səviyyəsi aşağı düşmüş, yeni sosial müəssisələr, elektrik stansiyaları tikilmiş, dövlətdə cəmiyyətdə demokratik dəyərlər daha da möhkəmlənmişdi. Bütün bunlar isə Türkiyə iqtisadiyyatında, "səssiz inqilab" kimi dəyərləndirilmişdi. Xarici siyasətdəki uğurlar Türkiyə onun liderinin nüfuzunu artırmışdı. Bu nüfuz da onu prezident kürsüsünə qədər gətirmiş buradakı mövqeyini möhkəmləndirmişdi.

Seçkilərin birinci turunun nəticələri göstərdi ki, Türkiyə vətəndaşlarının böyük əksəriyyəti Ərdoğanı kasıblar təbəqəsindən olan qəhrəman hesab edir. Digər tərəfdən, onun rəhbərlik etdiyi partiya islami dəyərlərə sadiq olmasına baxmayaraq, Ərdoğan ictimai rəydə özünü dünyəvi idarəçiliyin tərəfdarı kimi qəbul etdirib. Məhz onun sayəsində Türkiyə dünyanın ən demokratik dövlətlərindən biridir. Bunu 14 may seçkiləri bir daha dünyaya nümayiş etdirdi. Bu mənada, "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun seçiciləri qarşısında: "Demokrasi üçün darıxmışıq!" ifadəsinin heç bir anlamı yoxdur. Bu yerdə bir sualım var: Görəsən, Kamal bəyin gözündə, küçələrində gündə bir qaradərili öldürülən ABŞ daha demokratikdirmi? Bəlkə az qala dünyanın yarısını müstəmləkə şəraitində saxlayan Fransanın "demokratiya havası" ona daha çox xoş gəlir? Elə isə demokratiyadan anlayışı olmayan birisi ədalətli ola bilərmi? Əsla yox!

Bir budaqda oturub min budağı silkələyən Kılıçdaroğlunun ölkəmiz haqqında söylədikləri isə onun təkcə ədalətsizliyini yox, həm siyasi naşılığını göstərdi. Hələ çay gəlməmiş çırmanan Kamal bəyə daha bir sualım var: "Azərbaycan sizə etmişdir?".

Seçkidən bir gün əvvəl Türkiyə Prezidentinin mətbuat nümayəndələri ilə görüşündə bu sualın cavabını ala bilmişdik, əslində...

Belə ki, Kılıçdaroğlunun "həyatımın layihəsi" adlandırdığı Türk yolu adlı layihəsində Azərbaycanın olmayacağını, onun yerinə İrandan iki dayanacaq məntəqəsinin yer alacağını bəyan etməsi heç müsbət qarşılanmamış, məsələyə Azərbaycan Prezidenti münasibət bildirərkən demişdi ki, Azərbaycanı belə strateji layihələrdən uzaq tutmaq istəyənlərin həvəsi qursaqlarında qalacaqdır. Seçkidən bir gün əvvəl Türkiyə Prezidentinin mətbuata müsahibəsində müxbirin bu məsələ ilə bağlı sualını cavablandırarkən Rəcəb Tayyib Ərdoğan bildirmişdir: "Məsələyə məncə o yöndən baxmamaq gərəkdir. Yəni İpək Yolu xətti yeni məsələ deyil. İnanın, bu adam cahildir. Bu adamın zaman, harada hansı addımlar atıldığından xəbəri yoxdur... Bu millət CHP-nin 1945-ci ildə Boraltan körpüsündə yaşatdığı utancla uzun illər yaşadı. Boraltan körpüsündə yüzlərcə azərbaycanlı qardaşlarımızı Stalin Rusiyasına təslim edərək qətlinə seyrçi qalan CHP-nin bizə yaşatdığı utancı biz Qarabağ savaşında silib atdıq.... Bay-bay Kamal indi yenə bu millətə bir utanc yaşatmağa söz vermiş olacaq ki, azərbaycanlı qardaşlarımızı görməzdən gəlir... Qardaşım, Əliyev çox gözəl ifadə etdi: - Azərbaycanı bölgədə uzaq tutmaq istəyənlərin həvəsləri qursaqlarında qalacaqdır... Azərbaycanla qardaşlığımıza xələl gətirən heç bir layihəyə mənim millətim izn verməz..."

Bəli, Azərbaycan-Türkiyə qardaşlığının heç zaman pozulmayacağına bir vəd idi, Ərdoğanın bu cavabı. Düşünürəm ki, məsələyə başqa cür şərh verməyə ehtiyac yoxdur...

Seçkinin ikinci tura qalması isə dünyaya bir demokratik seçki nümunəsinin nümayişi idi. Bütün dünya gördü bunu. Nəticələr bəlli olduqdan sonra milləti qarşısında çıxış edən Rəcəb Tayyib Ərdoğan yenə öz ampluasında idi. "Duyanlara, duymayanlara, soranlara, sormayanlara", milləti ilə birgə dünyaya Türkiyənin gücünü, qüvvətini bəyan edirdi, "sevdalıları ilə görüş" gecəsində bir daha, bir daha xalqına ehtiramını bildirirdi.

Mayın 21- Rəcəb Tayyib Ərdoğan Qaziantepdə seçicilər qarşısında çıxışı zamanı onları daha fəal olmağa, "sandıqlara sahib çıxmağa", Kılıçdaroğlu kimiləri, "siyasətdən təqaüdə göndərməyə" çağırdı: "Bir olacağıq, diri olacağıq, Türkiyə olacağıq!", - dedi Ərdoğan...

Zümrüd QURBANQIZI,

"Respublika".