Bir qrup xarici jurnalist “Füzuli” yarımstansiyasında olub
Digər xəbərlər

Bir qrup xarici jurnalist “Füzuli” yarımstansiyasında olub

İyulun 30-da Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniyadan olan jurnalistlər işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində “Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, jurnalistlərə yarımstansiya haqqında məlumat verilib.

Bildirilib ki, 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına əsasən tikilib. Yeni aeroportun və Zəfər yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı, Füzuli şəhəri və ətraf kəndlərdə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Qeyd edilib ki, yarımstansiya və yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub, komplektləşdirilib. Jurnalistlərin diqqətinə çatdırılıb ki, İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.

AZƏRTAC