Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ramazan bayramı münasibətilə paylaşım edib
Sosial həyat

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ramazan bayramı münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”.