Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik etmişlər
Sosial həyat

Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik etmişlər

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Beynəlxalq məsələlər Komitəsinin sədri Leonid Slutski, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, “Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev, ARETİ şirkətlər qrupunun prezidenti İqor Makarov və Svetlana Medvedeva təbrik etmişlər.

AZƏRTAC