Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori Trubnikovdan
Məktublar

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori Trubnikovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi adından Sizi təbrik edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycanla bizim beynəlxalq hökumətlərarası elmi-tədqiqat təşkilatı arasında ənənəvi möhkəm və səmərəli əməkdaşlığı vurğulamaq istərdim.

Hazırda geosiyasi vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, çətin tarixi dövrlərə davam gətirməyi bacarmış və dünya elm ictimaiyyətinin nümayəndələri arasında qarşılıqlı fəaliyyəti həyata keçirmək üçün nadir platforma statusunu inamla qazanmış Birləşmiş Nüvə Tədqiqatları İnstitutu yenə də sabitlik adası kimi qalmaqdadır.

Ümidvaram ki, hazırda mövcud olan təhdidlər də aradan qaldırılacaq, bizim qarşılıqlı faydalı tərəfdaşlığımız bundan sonra da Azərbaycanın və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun elmi ictimaiyyətinin rifahı naminə konstruktiv əsasda inkişaf edəcəkdir.

İcazə verin, Azərbaycan Respublikasına tərəqqi, onun bütün vətəndaşlarına möhkəm cansağlığı, sabitlik, sülh və həmrəylik arzulayım.

Dərin hörmət və səmimiyyətlə, 

Qriqori Trubnikov

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,

Rusiya Elmlər Akademiyasının akademiki