Birliyin, həmrəyliyin və dəstəyin Ankara Zirvəsi
Türk dünyası

Birliyin, həmrəyliyin və dəstəyin Ankara Zirvəsi

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan vəziyyətlə bağlı məsələlər müzakirə olunub

"Fəlakət - Fövqəladə halların idarə edilməsi humanitar yardım" mövzusuna həsr olunan  Zirvə görüşünə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qatılıblar. Səmərqənd Zirvə görüşündə müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası toplantıda ilk dəfə iştirak edib.

Türk Dövlətləri Təşkilatına (TDT) sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyədə baş vermiş zəlzələnin bütün Türk dünyasını dərindən sarsıtdığını vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə görülən ehtiyat tədbirləri, zəlzələdən zərərçəkənlər üçün yüz minlərlə yeni evin tikilməsi, infrastrukturun qurulması ilə bağlı proqram layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin hörmətin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinin nəticəsidir ki, türk dövlətləri bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək həmrəylik nümayiş etdirirlər.

"Azərbaycan Türkiyə həm sevincli, həm kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib. Ölkə başçısı bildirib ki, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşır ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli amildir.

2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.

Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək həmrəylik göstərməli olduqlarını bildirib. Türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni əlaqələrdə geniş imkanlara malikdir. Eyni zamanda, nəqliyyat, energetika, rəqəmsal transformasiya sahəsində hədəflər məlumdur. Bununla yanaşı, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə vacib əməkdaşlığın formalaşması fəallaşdırılır. Prezident İlham Əliyev bu bəyanatlarının davamı olaraq TDT-nin fəlakət - fövqəladə halların idarəedilməsi humanitar yardım mövzusuna həsr ediləcək Fövqəladə Zirvə görüşünün çağırılması təşəbbüsü ilə çıxış edib. Qardaş Türkiyədə baş vermiş son zəlzələlərlə bağlı Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Sözsüz ki, bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürü hesab edilir. Heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Bu mənada, sammitin məqsədi həm qeyd edilən sahədə praktiki əməkdaşlığın müzakirəsi, eləcə qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsi baxımından önəmlidir.

Azərbaycan Prezidentinin Səmərqənd Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, TDT- əməkdaşlığa əlavə praktiki məzmun verilir. Sammit çərçivəsində Ankara Bəyannaməsinin imzalanması, eləcə mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq qərarın verilməsi, Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş bunu təsdiq edir. Prezident İlham Əliyev 2014- ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Mart ayında dövlət başçısının sədrliyi ilə Qoşulmama Hərəkatının Bakıda baş tutmuş Təmas Qrupunun Zirvə görüşü, daha sonra 10-cu Qlobal Bakı Forumunun keçirilməsi, dövlət başçısının TDT-nin Fövqəladə Zirvə görüşündə iştirakı Prezident İlham Əliyevin fəal, uğurlu xarici siyasətinin növbəti bariz nümunəsidir. Bütün bunlar ölkəmizin beynəlxalq səviyyədə milli maraqlarının davamlı şəkildə irəlilədilməsi imicinin daha da artırılmasına xidmət edir. Hazırda dünyada mürəkkəb geosiyasi iqtisadi vəziyyət yaranıb. Belə bir vəziyyətdə Türk dünyasının əməkdaşlığının möhkəmləndirilməsi çox vacibdir. Bu baxımdan, TDT beynəlxalq arenada layiqli yer tutduğunu, ölkələrimizin siyasi, iqtisadi mədəni əlaqələrinin yeni səviyyəyə yüksəlməsini nümayiş etdirir.

Ankara Zirvə görüşünün mövzusunun tarixi əhəmiyyətə malik olduğunu qeyd edən Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətlərinin bir-birinə hərtərəfli dost qardaş dəstəyi verməsinin, belə ağır günlərdə bir olmasının vacibliyini bildirib. Türk dövlətlərinin bu vacib zamanda mükəmməl birlik həmrəylik nümayiş etdirdiyini vurğulayan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qardaşlığın, qarşılıqlı dəstəyin davamlı olmasını arzulayıb. O, türk xalqının qarşılaşdığı bütün çətinliklərdən daha güclü formada çıxdığını qeyd edib. Qırğızıstan Prezidenti Sadır Japarov Zirvə görüşünün mövzusunun fəlakət - fövqəladə halların idarə edilməsi humanitar yardım kimi məsələlərin Təşkilata üzv dövlətlərdən birgə fəaliyyət, sıx əməkdaşlıq tələb etdiyini diqqətə çatdırıb. Macarıstanın Baş naziri Viktor Orban Türkiyədə baş verən zəlzələnin dəhşətli olduğunu bildirib, yenidənqurma işlərində bu ölkəyə dəstək verməkdən şərəf duyacaqlarını deyib. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Türkiyə Azərbaycan prezidentlərinə minnətdarlığını bildirib.

Yerləşdiyi geosiyasi məkanı, beynəlxalq aləmdə xarici siyasəti ilə seçilən, dünyada baş verən proseslərə təsir imkanları artan Türkiyənin fəal aktor rolunu oynaması bütünlükdə türk birliyinin möhkəmlənməsini şərtləndirir. "Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fövqəladə Zirvə görüşünün açılışında söyləyib. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ölkələri fəlakətdən sonra kömək çağırışımıza ən tez cavab verən, ən sürətli hərəkətə keçən, ağrılarımızı ürəkdən paylaşan dostlarımız arasındadır. Türk Dövlətləri Təşkilatı olaraq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə regional nəqliyyat təchizat zəncirlərinin inkişafında strateji rol oynayacağıq.

Sonda Ankara Bəyannaməsi Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin qurulmasına dair Protokol imzalanıb. Zirvə görüşündə liderlərin imzaladıqları mühüm sənədlər onu göstərdi ki, əldə edilən razılıqlar yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın bundan sonra da gücləndirilməsinə mühüm töhfələr verəcək.

Mustafa KAMAL,

"Respublika".